Tenderlər

Gəncədə 22 milyon manata yaşayış binaları tikiləcək

Mənzil İnşaatı Dövlət Agentliyinə tabe olan "MİDA“ MMC Gəncə şəhərindəki yaşayış kompleksinin tikintisi üzrə elan etdiyi tenderi yekunlaşdırıb.

ENA.az xəbər verir ki, Agentlik 3 şirkət ilə cəmi məbləği 21 milyon 513 min 845 manat olan müqavilələr bağlayıb.

Belə ki, "Amal Group“ MMC (NN Group MMC konsorsium) 9 mərtəbəli 2 və 12 mərtəbəli 3 yaşayış binalarının tikintisi üçün 15 milyon 179 min 898 manat, "Müasir Tikintilər“ MMC 9 mərtəbəli 2 yaşayış binasının tikintisi üçün 6 milyon 333 min 947 manat alacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department