Sosial iqtisadiyyat

Çindən daha bir yük qatarı Azərbaycana yola salındı

Daha bir Çin – Avropa yük qatarı dünən ölkənin şərqindəki Jecianq əyalətinin Tzinhua şəhərindən Bakıya doğru yola düşüb.

Qatara vurulan 100 TEU (20 futa bərabər yük vahdi) yüklər arasında elektrik cihazlar, metal məmulatlar və ev əşyaları var. Qatarın 15-18 gün ərzində Bakıya çatacağı güman edilir ki, bu da əvvəlki həm quru, həm də dəniz nəqliyyatı ilə daşıma müddətin üçdə ikisi qədərdir.

Bütövlükdə 12 Çin – Avropa marşrutunun keçdiyi Tzinghua stansiyasından indiyədək Çin – Avropa istiqamətli 210 yük qatarı ilə 17 286 TEU müxtəlif yüklər yola salınıb.

Xatırladaq ki, 2019-cu ilin noyabr ayının 25-də Bakı Limanı, Avstriyanın “ÖBB Rail Cargo Group”u (Avstriya Federal Dəmir yollarının logistika üzrə törəmə şirkəti) və Niderlandın “Cabooter Group”u ilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə saziş imzalayıblar. Saziş Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə (İstanbul), Azərbaycana (Bakı), Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsini ehtiva edir.

Avropada bir çox filialı, 8500 nəfər işçi qüvvəsi və illik 2,3 milyard avro dəyərində dövriyyəsi olan “ÖBB Rail Cargo Group” Avropanın aparıcı dəmir yolu logistika şirkətlərindən biridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)