Aktivlərindən ən yaxşı istifadə edən banklar
Azərbaycanda fəaliyyət göstərən 26 bank bu ilin I yarısını 371,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il iyulun 1-nə malik olduqları 30 milyard 540,9 milyon manat məbləğində aktivlərin 1,2%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-iyun aylarından mənfəətlə çıxmış 22 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 3,5%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" aktivlərinin məbləğinə görə ölkədə 2-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-cü yeri isə "Express Bank" ASC tutub. Bu bank ötən yarım ildə aktivlərinin 2,2%-i qədər mənfəət əldə edib. Bu arada, "Express Bank" aktivlərinin məbləğinə görə, 26 bank arasında 19-cu yerdə qərarlaşıb.
3-cü yeri isə ölkənin yeganə regional bankı - "Naxçıvan Bank" ASC tutub. Bu bankın 6 aylıq mənfəəti aktivlərinin 2%-i qədər olub. Halbuki, "Naxçıvan Bank" aktivlərinin məbləğində görə, banklar arasında 22-cidir.
Mənfəətlə işləyən qalan 19 bankdan isə 4-də sözügedən göstərici 1-2% arasında, 15 bankda isə 0-1% arasında dəyişir.
|
№ |
Bankın adı |
Bankın yarım illik mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
|
1 |
Kapital Bank |
3,5% |
|
2 |
Express Bank |
2,2% |
|
3 |
Naxçıvan Bank |
2,0% |
|
4 |
Bank of Baku |
1,4% |
|
5 |
Azərbaycan Beynəlxalq Bankı |
1,4% |
|
6 |
Unibank |
1,3% |
|
7 |
Premium Bank |
1,1% |
|
8 |
Bank VTB Azərbaycan |
0,9% |
|
9 |
Xalq Bank |
0,8% |
|
10 |
Zıraat Bank Azərbaycan |
0,6% |
|
11 |
PAŞA Bank |
0,6% |
|
12 |
AFB Bank |
0,6% |
|
13 |
İran Milli Bankı - Bakı |
0,5% |
|
14 |
Bank Respublika |
0,4% |
|
15 |
Azərbaycan Sənaye Bankı |
0,4% |
|
16 |
Günay Bank |
0,3% |
|
17 |
Turan Bank |
0,2% |
|
18 |
Rabitəbank |
0,2% |
|
19 |
Access Bank |
0,2% |
|
20 |
Yapı Kredi Bank Azərbaycan |
0,1% |
|
21 |
Azər-Türk Bank |
0,0% |
|
22 |
Bank BTB |
0,0% |
|
23 |
Muğan Bank |
-0,3% |
|
24 |
Bank Avrasiya |
-1,0% |
|
25 |
Pakistan Milli Bankı - Bakı |
-2,2% |
|
26 |
Yelo Bank |
-2,9% |


















