Azərbaycan Ukraynaya kartof satışını 3 dəfə artırıb
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan kartof ixracından 33 milyon 752.27 min dollar qazanıb. Bu, ötən ilin göstəricisindən 26% çoxdur. Çəki ilə ifadə etsək, ixrac 32% artıraraq 81 min 275.18 tona çatdırıb.
Kartof ixracının 85%-i Rusiya bazarının payına düşür və yanvar-iyun aylarında Rusiyaya 30 milyon 777.02 min dollar dəyərində 69 min 155.74 ton kartof satılıb.
Bundan əlavə, Ukrayna Azərbaycandan 1 milyon 840,39 min dollar həcmində kartof alıb və kəmiyyət baxımından ötən ilkindən 3 dəfə çoxdur. Azərbaycanın kartof satdığı ölkələr arasında Qazaxıstan, Moldova, Belarusiya, Gürcüstan, Türkmənistan da var.
Azərbaycan yanvar-iyun aylarında həm də 24 milyon 744,05 min dollar dəyərində Rusiya və İrandan kartof alıb. Bu isə 0,8% azalma deməkdir.