Bank

3 Bank 73 milyon manata yaxın vergi ödəyib

Azərbaycanda bankların gəlirlilik səviyyəsinə baxsaq, üç bank – Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Paşa Bank, sektorun böyük bir hissəsini əhatə edir. ENA.az xəbər verir ki, bu özünü bankların mənfəətdən ödədiyi verginin həcmində də göstərir.

2020-ci ilin ikinci rübünün nəticələrinə görə, Azərbaycan dövlət büdcəsinə ödənilən mənfəət vergisinin həcminə görə məhz bu ÜÇLÜK ön sıradadır. Belə ki,  Kapital Bank (33 milyon 158 min) , Azərbaycan Beynəlxalq Bankı (27 milyon 799 min), Paşa Bank (11 milyon 764 min manat) mənfəət vergisi ödəyiblər. Nəticədə bu 3 Bankın büdcə ödəmələri 72 milyon 721 min manat təşkil edib.

Maraqlıdır ki, ümumilikdə 26 bank imənfəətdən 81 milyon manat vergi ödəyib. Bunun 73 milyona yaxını 3 bankın payına düşürsə, belə çıxır ki. yerdə qalan 23 bank cəmi 8 milyon manata yaxın mənfəət vergisi ödəyib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)