"GemZA Group" işçi axtarır - MAAŞ 1200 MANAT
GemZA Group MMC Mühasib vakansiyanı elan edir.
Əsas vəzifələri:
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək
• Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilmək
• Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
• Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını,məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək
• Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək
• Əmək haqqının ödənilməsi hesabları, vergi ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri tərtib etmək
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək
• Pul vəsaitləri və əmtəə-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət etmək
• Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
• Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək
• Aylıq Mənfəət və gəlir hesabatının yoxlamaq, Maliyyə direktoruna təqdim etmək
• Dövriyyə qalıq cədvəlinin hesablar üzrə yoxlamaq, uyğun sənədlərin üzləşdirilmək
• Yerli və xairici ödənişlərin həyəta keçirilmək
• Avans ödənişləri və onların YGB ilə bəyan etmək
• Xarici şirkətlərlə üzləşmələrin aparmaq
Namizədə tələblər:
• Ali Təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
• Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları və təcrübəyə malik olmaq
• Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi
• ACCA, CIMA, CFA üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcək
• Azərbaycan dili - əla səviyyədə, rus və ingilis dilləri - yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcək
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti
• Komanda ilə işləmə bacarığının olması
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
Büdcə:
• 1000-1200 AZN Gross
Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərin hr@gemza.az ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.