Sığorta

"Azərbaycan Sığortaçılar Assosiasiyası"nda - YENİ TƏYİNAT

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin icraçı direktoruna müşavir təyin edilib.

ENA.az quruma istinadən xəbər verir ki, bu vəzifə jurnalist Məmməd Ağayevə həvalə olunub.

O, bundan əvvəl bir sıra media qurumlarında çalışıb, o cümlədən “ARB 24” televiziya kanalında “Sığorta vaxtı” verilişinin redaktoru olub.

M.Ağayev Azərbaycanın ilk müstəqil tələbə qəzetinin (“Student TİMES”) təsisçisi və baş redaktoru, ölkənin ilk tələbə jurnalistlər təşkilatı olan “Gənc Reportyorlar” İctimai Birliyinin təsisçisi və rəhbəridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)