Sığorta

“AXA Mbask”ın nizamnamə kapitalı 14% azaldılıb

“AXA Mbask” Sığort Şirkəti ASC-nin nizamnamə kapitalı 3 399 800 manat və yaxud 14,2% azaldılıb.

ENA.az xəbər verir ki, maliyyə qurumunun kapitalı 23 933 828 manatdan 20 534 028 manata düşüb.

Kapital azalması üçün “AXA Mbask”ın dövriyyədə olan, hər birinin nominal dəyəri 382 manat olan səhmlərinin sayı 65 654-dən 53 754-ə endirilib.

Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Azırbaycanın sığorta bazarının tərk etməyə hazırlaşan şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)