Azərbaycanlı alimin hazırladığı koronavirus vaksini insan üzərində sınağa hazırdı - AÇIQLAMA
Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilər üzərində hazırlanmış vaksin insanlar üzərində sınaqdan keçirilməyə hazırdı.
ENA.az xəbər verir ki, bu barədə danışan T.Məmmədov təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı tütün bitkisi ailəsinə aid olan "Nicotiana Benthamiana" üzərində hazırladıqları iki vaksinin böyük üstünlüklərə malik olduğunu və heyvanlar üzərində uğurlu nəticələr verdiyini bildirib.
Eləcə də bax: ABŞ azərbaycanlı alimin COVID-19-la bağlı tədqiqatını qəbul etdi
Onun sözlərinə görə, yeni mutasiyalara qarşı dayanıqlı olan zülal əsaslı vaksinlər insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.
Alim bu istiqamətdə müvafiq qurumlarla əməkdaşlıq əlaqələrinin qurulduğunu da vurğulayıb.