Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Neft Fondunun icraçı direktoruna yeni müşavir təyin edilib

Neft Fondunun icraçı direktoruna yeni müşavir təyin edilib

Bəhruz Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Bu barədə ARDNF-dən məlumat verilib.

Qeyd edək ki, Bəhruz Bəhramov 2016-cı ildən hazırkı tarixədək ARDNF-nin Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncə Fondun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində müxtəlif vəzifələrdə, 2014-2016-cı illər ərzində isə ARDNF-nin Risklərin idarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib. 

B.Bəhramov Azərbaycan Dövlət İqtisad Universitetində və Fransanın Nitsa-Sofiya Antipolis Universitetində iqtisadiyyat üzrə bakalavr təhsili, Nitsa-Sofiya Antipolis Universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb.