MALİYYƏ

Azərbaycanda kreditlər bahalaşıb

Azərbaycanda kredit bahalaşıb. ENA.az xəbər verir ki, verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla avqustda 16.37 təşkil edib. Bu isə o deməkdir ki, yanvar ayından bəri orta faiz dərəcəsi 1.7 faiz bəndi artıb.  Bu dinamika xarici valyutada da özünü göstərir, belə ki, 2020-ci ilin yanvarında xarici valyutada kreditlərin orta faiz dərəcəsi 5% ilə verildiyi halda, avqustda 5,78%-ə yüksəlib.

2020-ci ilin ötən 8 ayında kreditlərin orta faiz dərəcəsində ən aşağı səviyyə isə may ayında qeydə alınıb. Manatla kreditlər 11.31, dollarla 4.63 olub.

Kreditlərin 60%-nin depozitlər hesabına formalaşdığını nəzərə alsaq, depozitlərlə kreditlər arasında olan fərq də maraqlıdır.

ENA.az xəbər verir ki, manatla götürülən depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 1.8.2020 tarixinə 8.61 olub. Bu göstərici üzrə ötən 8 ayda ən yüksək səviyyə may ayında - 9.09 təşkil edib. Diqqəçarpan göstəricilərdən biri odur ki, xarici valyutada götürülən depozitlər üzrə faiz dərəcələri ilin əvvəlindən bəri azalmaqda davam edir. Belə ki, xarici valyutada depozitlər və əmanətlər üzrə orta faiz  dərəcəsi 1.45-dən 0.77-ə düşüb.

Manatla olan əmananət faizlərilə kredit üzrə faiz dərəcəsi arasında fərq də maraqlıdır. İlin əvvəlində bu fərq 6.32 təşkil etsə də, avqustda 7.76-ya qalxıb. Bu isə banklara daha çox qazanmaq, manevr etmək imkanı yaradır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)