Sığorta

Azərbaycanda yeni sığorta şirkəti yaradıldı, sədri açıqlandı

“Aqrar Siğorta Müştərək Siğorta Şirkəti” Açiq Səhmdar Cəmiyyəti təsis edilib. Şirkət 31 avqust 2020-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.

ENA.az xəbər verir ki, bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, şirkət 2 187 500 manat nizamnamə kapitalına sahibdir. Sığorta şirkətinin İdarə Heyətinə sədr kimi isə Azər Kərimov Əvəz oğlu təyin edilib. A.Kərimov buna qədər “PAŞA Sığorta”da çalışıb.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Bakı şəhəri Xətai rayonu, Nobel Pr., Ev 175 ünvanında qeydiyyata alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)