Saakaşvili Gürcüstana qayıdır
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkəyə geri qayıdacağını bildirib.
Bu barədə o, “Facebook” səhifəsində yaydığı videomüraciətdə deyib.
Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri Gürcüstan ictimaiyyətindən səhvlərinə görə üzr istəyib və qeyd edib ki, indi illər sonra ölkəyə necə daha yaxşı xidmət edəcəyini bilir.
M.Saakaşvili Ukraynaya onu qeyd-şərtsiz qəbul etdiyinə görə təşəkkür edib və bu ölkəni ikinci evi adlandırıb.