Bank

Azərbaycan bankına yeni rəhbər - TƏYİN EDİLİB

Azərbaycanın aparıcı banklarnıdan olan «Azərbaycan Sənaye Bankı»na (ASB Bank) yeni sədr təyin edilib. 

ENA.az FED.az-a istinadən xəbər verir ki, bankın idarə heyətinin sədri Kənan Orucov təyin olunub.

Kənan Orucov 23.09.1969-cu ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib. 

1990-cı ildən etibarən Azərbaycan Beynəlxalq Bankında müxtəlif rəhbər vəzifələrdə işləyib. Cənab Orucovun ASB bankda fəaliyyəti 20-16-cı ildə başlayıb. 2016-cı ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-də İdarə Heyətinin müşaviri vəzifəsində işləmişdir.  17.12.2018-ci il  tarixdən İdarə Heyəti sədrinin müavini və İdarə Heyətinin üzvüdür. 

29.06.2020-ci il tarixindən İdarə Heyətinin Sədri təyin olunmuşdur.

Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğan iyun ayının sonunda vəfat edib.

47 yaşlı bankir koronavirusdan dünyasını dəyişmişdi. 

Türkiyə vətəndaşı olan D.Tandoğan ASB-yə 19 dekabr 2016-cı ildən rəhbərlik edirdi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)