Mədəniyyət Nazirliyində - YENİ TƏYİNAT
Məryəm Qafarzadə Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
ENA.az xəbər verir ki, Məryəm Qafarzadə bundan öncə Gənclər və İdman Nazirliyində sektor müdiri olub.
M.Qafar-zadə 8 il ərzində Fransanın Strasburq şəhərində, Avropa Şurasında Layihə Rəhbəri vəzifəsində çalışıb. Mədəni İrs, Gənclər, Səhiyyə və İdman siyasəti sayəsində müxtəlif beynəlxalq layihələri həyata keçirib.
2019-cu ildə Avropa Şurasının Anti-Dopinq Konvensiyasına Uyğunluq Komitəsinin Rəhbəri vəzifəsinə seçilib.
Avropa birliyinin və Avropa Şurasının 2 müştərək Layihəsinin Spikeri və məruzəçisidir.
• İdmanda Gender Bərabərliyi
• Uşaqların zorakılıqdan qorunması
Azərbaycan Milli Elmlər Akademiyasının “Molekulyar Biologiya və Biotexnologiya” İnstitutunun dissertantıdır.
80-dən artıq beynəlxalq Seminar və Konfranslarda çıxış etmışdir.
25 dərc olunmuş Elmi məqalələrin müəllifidir.
Bədən tərbiyəsi və İdman Akademiyasının Elmi-Tədqiqat Laboratoriyasının Elmi işçisidir.
M.Qafar-zadə Azərbaycan Basketbol Federasiyasının Icraiyyə Komitəsinin üzvüdür.
Fransız, İngilis, Rus, Azərbaycan və Türk dillərini mükəmməl bilir.