Passiv və aktiv iş axtaranlar kimlərdir?
Passiv iş axtaran – bu o şəxsdir ki, təklif gözləyir. Kimsə ona borcludur. Gözləyir ki, nə vaxtsa onun üçün külək əsəcək. Onu aşağıdakı kimi sadalamaq olar:
- Qismət deyil.
Əslində qismət deyil sözü, bütün imkanlardan istifadə edirsən və alınmayanda bu ifadə işlədilir. Müəyyən dövrdən sonra yenidən cəhd etmək lazımdır. Passiv iş axtaran isə bu sözdən daha çox istifadə edir. Bir iki yerə CV göndərdim, amma cavab yoxdur. Yəqin ki, hələ vaxt deyil oturum bir azda gözləyim.
- Mənim bəxtim iş baxımdan gətirmir.
Yaxşı və pis hadisələr hər insanın başına gəlir. Bəzən də bu hallar gözlənilmədən baş verir. İnsan nə ağ zolağı, nə də qara zolağın nə vaxt baş verməsini heç vaxt bilə bilməz. Amma insan zolaqlara baxmadan hərəkət etməlidir. Heç bir işə arxayın olmamalıdır.
- Təkrar cəhdlərdən imtina
O şəxs səhv etmir ki, o heç nə etmir. Yəni iş yoxdursa, səhvdə yoxdur. Hərəkət etdikcə insan qarşısına müxtəlif çətinliklər çıxa bilər. Bu adi haldır. Sanki avtomobilllə düz yolla hərəkət edirsən, qarşına gözlənilmədən digər avtomobil çıxır. Bu halda özünə nə sual verəcəksən? Mən düz yolda gedirdim hadisə baş verdi. Yəni gözləmədən hadisə oldu. Deməli hadisələrin baş verməsi düz yolda da ola bilər. Passiv iş axtaran başqalarının uğurun yalnız xarici görnüşünü görür, bu da onda təkrar cəhddən imtina etmək qərarını vermə halı yaradır. Bu isə düzgün yanaşma deyil. İşə səbirlə, təmkinlə yanaşsa çətinliyi dəf edərək, yolunu davam edə bilər.
- Bu iş mənlik deyil
Ermənilərin ABŞ-dakı yuvasında Koliforniya ştatında (Los Angeles şəhəri, San Fernando rayonu) prokuror işləyən azərbaycanlı Ergin Əlizadə. “Azərbaycanlılar kompleksiz işə yanaşsalar, ABŞ-da öndə gedən yerlərdə olarlar”. Daha sonra o deyir: Mən anamla ABŞ-a gələndə ingilis dilini bilmirdim, 1 aydan sonra cibimdə də cəmi 100 dollar pulum qalmışdı. Anama dedim mən bütün çətinliklərdən keçəcəm ki, pis gündə olmayaq. Yeşik daşıyandan prokuror vəzifəsinə kimi uzun yol gət etmişəm. Hələ Allahıma şükür edirdim ki, mən ingilis dilini bilməyə-bilməyə məni mağazada fəhlə işinə götürdülər. ABŞ ordusunda da xidmət etmişəm. Düzdü artıq orduda xidmət edəndə mənim hüquq təhsilim var idi, buna görə də, mən hərbi tribunalda işləyirdim. İndi isə hüquq elmlər doktorluğu disertasiyasını müdafiə etdikdən sonra olacam böyük prokuror. Sonra isə hakim və sair.
Azərbaycanda keçmiş prokuror oğlu olub, gedib ABŞ-da fəhləlik etməyi özünə əskiklik bilməyən tək-tük adam olar. Mənim heç bir xüsusi istedadım yoxdur. Bircə onu bilirəm ki, ABŞ-da texnikomda oxuyanda mənim dil bilməməyimə, səhv danışığıma görə ətrafımdakılar gülsələrdə mən buna əhəmiyyət vermirdim. İşdə çətinlik olsa da mən bunu müvvəqəti olduğunu sayırdım. Başımı aşağa salıb yalnız işləyib, zəhmət bahasına irəliləyirdim.
Passiv iş axtaran şəxs bəzən özünü qiymətəndirməyi bacarmır və səhvi başqasında axtarır. Hətta aşağıdakı kimi onun digər xüsusiyyətlərini qeyd etmək olar.
- Qərar vermədə çətinlik çəkmə.
- Bəli əvəzinə çox vaxt Xeyir deyillər.
- Kimsə ona borcludur.
- İşəgötürənlər onun özünü axtarıb tapacaq.
- Mübahisədə öz tərəfini harada yerləşdiyini bilməməyi.
- İşə aqressiv yanaşma.
Aktiv iş axataran
Aktiv iş axtaran isə yuxarıda qeyd olunanların əksi olmalıdır. Pozitiv, optimist, enerjili, heç nədən çəkinməyən, heç nəyə arxayın olmayan və sair xüsusiyyətlərə malik olmalıdır.
İqtisadçı – ekspert Rauf Qarayev