Vakansiyalar

Nyukond MMC işçilər axtarır - MAAŞ 2000-2500 MANAT

Şirkət :“Nyukond”MMC 

Vakansiya: “Biznesin inkişafı üzrə menecer

Namizədə dair əsas tələblər:

• Ali təhsil və ya magistr dərəcəsi (bizness və menegment sahəsi üzrə);
• Müvafiq vəzifə üzrə 3-5 ildən az olmayan iş təcrübəsi;
• Analitik qabiliyyəti yüksək səviyyədə olmalı;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı olmalı;
• Azərbaycan, rus və ingilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı olmalı ;
• İri və kiçik məişət avadanlıqlarının satışının təşkili sahəsi üzrə iş təcrübəsinin olması mütləqdir.

Əsas vəzifə və öhdəliklər:

• Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması ;
• Daxili və xarici bazarda mövcud olan şirkətlərin, onların məhsullarının və qiymətlərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası;
• Məhsulların satılması üçün yeni kanalların axtarılması;
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
• Dövrü hesabatların hazırlanması və təhlili;
• Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi;
• Reklam, güzəşt və qiymət siyasətinin müəyyənləşdirilməsi;
• Aylıq satış həcmi haqqında rəhbərliyə məlumat;
• Müəssisənin fəliyyəti və məhsul çeşidləri haqqında sərgi və yarmarkaların təşkili;
• Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət edilməsi;
• Tenderlərdə iştrirakın təmin edilməsi.

İş şəraiti:

• Həftə ərzində 6 günlük iş qrafiki.
• İş saatı: 09:00-18:00
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
• Əmək haqqı 2000 – 2500 azn (namizədə görə dəyişir)

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Biznesin inkişafı üzrə menecer” sözlərini qeyd edərək hr@melissagroup.az -ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

***

Vakansiya: “Brend menecer

Namizədə dair əsas tələblər:

• Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə ali təhsil mütləqdir;
• Təcrübə: minimum 3 il;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı olmalı;
• Ticarət -idarəetmə - marketinq menecment sahəsində təcrübəsi olmalı;
• Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli;
• Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı;
• Psixologiya və satış prinsiplərini bilməli;
• Müasir texniki ünsiyyət vasitələrindən və kommunikasiya vasitələrindən, məlumatlardan istifadə üsullarını bilməli;

Əsas vəzifə və öhdəliklər:

• Təmsil etdiyi brend üzrə texnikanın satışı;
• İllik satış büdcələrinin hazırlanmasında iştirak etməli;
• Bazarın vəziyyəti, müştərilərin istəkləri və məhsul portfelinə uyğun olaraq brendin bazar mövqeyini təyin etməli;
• Rəqib şirkətlərin məhsullarının təqibi və satış qrafikinin izlənməsi;
• Bazardakı boşluqlar əsasında yeni məhsul növlərinin satışını təşkil etməli;
• Bazarda rəqabət qabiliyyətli brend imicini formalaşdırmalı;
• Rəqiblərin trendlərinin, yeniliklərinin və ümumiyyətlə bazar təhlili aparmalı (yerli və beynəlxalq bazarlar);
• Markanın inkişaf etdirilməsi üzrə strategiyanı hazrlamalı;
• İstehlakçıların məmnunluq dərəcəsinin ölçülməsi, onların hazırkı və gələcək arzu, istəklərinin öyrənilməsi, ictimaiyyətlə əlaqələrin yaradılması, brendin yüksəldilməsi;
• Müştəriləri qarşılamalı, onları istəkləri ilə maraqlanmalı, istəklərinə uyğun məhsul təqdim etməli;
• Alt işçilərin işinə koordinasiya və nəzarət etməli;
• Məhsulun satılması üçün sxemlər hazırlamalı;
• Aylıq satış həcmi haqqında rəhbərliyə məlumat verməli;
• Reklam, güzəşt və qiymət siyasətinin müəyyənləşdirilməsi;
• Uyğunsuzluğun aradan qaldırılması üçün xüsusi fəaliyyət proqramlarının həyata keçirilməsi və islahedici tədbirlərin görülməsi;
• Müəssisənin fəaliyyəti və məhsul çeşidləri haqqında sərgi və yarmarkaların təşkili;
• Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi;

İş şəraiti:

• Həftə ərzində 6 günlük iş qrafiki.
• İş saatı: 09:00-18:00
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
• Əmək haqqı 2000 – 2500 azn (namizədə görə dəyişir)

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Biznesin inkişafı üzrə menecer” sözlərini qeyd edərək hr@melissagroup.az ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department