ENA+

“Paşinyan hakimiyyətə gələnə qədər Rusiya bizə 50 min ton pulsuz silah verib”

“Rusiya 2018-ci ilin aprelinə qədər Ermənistan pulsuz olaraq 50 min ton silah verib”. ENA.az xəbər verir ki, bu barədə Ermənistanın eks-prezidenti Serj Sarkisyan keçirdiyi mətbuat konfransında deyib.

O 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevlə imzalanan müqaviləyə əsasən, Rusiyanın Ermənistan sərhədi boyunca məsuliyyəti üzərinə götürdüyünü bildirib.

“Rusiya ilə müqavilə əsasında silahlarımız yenilənməyə başladı. 2018-ci ilin aprelinə qədər Rusiya hərbi-texniki əməkdaşlıq çərçivəsində bizə 50 min ton silah-sursat verib. “İsgəndər”, “Toçka-U” və s. silahlar bu siyahıya daxil deyil”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)