Avtomobil

Apreldə dayanan istehsal iyunda bərpa edilib: nə qədər yerli avtomobil buraxılıb?

Azərbaycan 2020-ci ilin yanvar-iyul ayında 1,074 min ədəd minik avtomobili istehsal edib. 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə avtomobil istehsalı 17,6% azalıb. 1 avqust 2020-ci il tarixinə anbarlarda 143 ədəd minik avtomobili var. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, iyulda 201 ədəd avtomobil istehsal edilib.

Azalma aprel ayında koronavirus pandemiyası səbəbindən məhdudiyyətlərin tətbiqi və istehsalın yalnız iyun ayında bərpa ilə izah olunur.

Bununla belə, may ayında dayandırılmış traktor istehsalı bərpa olunmayıb. Bütövlükdə yanvar-iyul aylarında Azərbaycanda cəmi 105 ədəd traktor (azalma 86,7%) istehsal edilib. 2020-ci il avqustun 1-nə anbarlarda 218 ədəd traktor var.

Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.

Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.

2019-cu ildə Azərbaycanda 2,36 min ədəd avtomobil istehsal olunub ki, bu da 2018-ci ilin göstəricisindən 2,4 dəfə çoxdur. 2019-cu ildə respublikada 905 ədəd müxtəlif təyinatlı traktor (azalma 30,5%) istehsal edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)