Hesabatlar

Yanvar-iyul ayları üzrə Azərbaycan dövlət büdcəsinin kəsiri məlum oldu

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin kəsiri 182,4 milyon manat təşkil edib.

Maliyyə Nazirliyinin əməliyyat məlumatlarına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 13 milyard 960.2 milyon manat (ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 11.4% artım), xərcləri - 14 milyard 142.6 milyon manat (artım 7,9%) olub.

Yanvar-iyul aylarında Azərbaycanın ÜDM-nin nominal həcmi 40 milyard 8,5 milyon manat təşkil edib. Beləliklə, dövlət büdcəsinin kəsiri hesabat dövrü üzrə ÜDM-in 0.46% -ni təşkil edib.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492.2 milyon manatdır. 2020-ci il dövlət büdcəsinin kəsiri 3 milyard 368.2 milyon manat və ya ÜDM-in 4.9 faizi səviyyəsində proqnozlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)