Azərbaycanın xam neft ixracından gəliri 3 milyard dollardan çox azalıb
2020-ci ilin 7 ayı ərzində Azərbaycandan 6 milyard 398 milyon 120 min dollar dəyərində 19 558 158 ton xam neft ixrac olunub.
ENA.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin 7 ayı ilə müqayisədə 2020-ci ilin 7 ayında xam neft ixracı miqdar ifadəsində demək olar ki, dəyişməyib, məbləğ ifadəsində isə 3 milyard 143 milyon 222 min dollar və ya 33% azalıb.
2019-cu ilin 7 ayında Azərbaycandan 9 milyard 541 milyon 342 min dollar dəyərində 19 554 245 ton xam n eft ixrac edilmişdi.
2020-ci ilin ilk 7 ayı ərzində Azərbaycanının cəmi 9 milyard 131 milyon 138 min dollarlıq ixracının 70.07%-ni xam neft, 88.66%-ni isə neft-qaz sektoruna daxil olan mallar formalaşdırıb.
Xam neft ixracından gəlirin azalmasının səbəbi neftin ucuzlaşmasıdır.