İnternetin kəsilməsi Belarusa gündə 56 mln. dollardan baha başa gəlib
Prezident seçkiləri və etirazlar fonunda İnternet bağlıntısının kəsilməsi Belarus iqtisadiyyatına gündə 56,4 milyon dollara başa gəlib. ENA.az xəbər verir ki, bu barədə mənbəyə istinadən “NetBlocks” məlumat verib.
“Financial Times”in verdiyi məlumata görə, bu itkilər rəqəmsal bankçılıq, taksi xidmətləri, kartlar, onlayn-şoppinq və digər istiqamətlərdə olan fasilələrlə əlaqələndirilir. Eyni zamanda zərərin miqdarı DPI (Deep Packet Inspection) filtrləmə sisteminin açar sözlər üçün istifadə edildiyi ilə izah olunur. Qrupun qeyd etdiyi kimi, “daha böyük texniki nasazlıq görünüşü” yaratmaq üçün bir neçə sayt, o cümlədən “Disney” və ” Walmart” bilərəkdən blok edilib. “NetBlocks” bildirir ki, ümumilikdə bu siyahıda 10 min resurs yer alıb.
“FT” qeyd edir ki, DPI texnologiyası İnternet trafikin senzurlaşdırmaq üçün Çin və İtan kimi ölkələrdə istifadə olunur. Belarus DPI avadanlığı üçün 2018-ci ildə 2,5 milyon dollar xərcləyib. “Belarusda baş verənlər Lukaşenkonun xalqı və iqtisadiyyatı ilə heç maraqlanmadığını göstərir”, – ekspertlər hesab edirlər.
Xatırladaq ki, avqustun 9-dan 11-dək ölkədə İnternet bağlantısı ilə bağlı müəyyən problemlər olub. “Netblocks”un hesablamalarına görə, üç gün davam edən fasilələr ölkəyə 169,2 milyon dollara başa gələ bilərdi.