Dövlət Vergi Xidməti soyutma sistemlərinə 424 min manata yaxın pul xərcləyəcək
Dövlət Vergi Xidməti soyutma sisteminin quraşdırılması üçün təqribən 424 min manat yönəldəcək. ENA.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qaz sistemi əsasında işləyən soyuducu sisteminin satın alınması və onların server otağında quraşdırılmasına təxminən 424 min manat yönəldəcəkdir.
Bu müqavilənin qalibi isə Adventa CO MMC olmuşdur. Bağlanan müqaviləyə görə, dəqiq məbləğ 423,662 manatdır.