Şirkət maliyyə direktoru vəzifəsinə işçi axtarır - MAAŞ 1500-2000 MANAT
Vəzifə - Maliyyə Direktoru
İşəgötürən: Eko Aqro
Namizədə aid tələblər:
25-45 yaş arasında;
Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
Azərbaycan, Rus və İngilis dilləri üzrə mükəmməl biliklər;
Minimum 3 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi;
AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
E-gov.az, E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
Dövlət hesabatların tərtib olunması;
Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
Məsuliyyətli, dəqiq və peşəkar;
Yüksək səviyyədə yazışma bacarığı;
ACCA , CIMA CFA üzrə sertifikatlar üstünlük sayılacaq;
Xasiyyətnamə tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
Maliyyə Hesabatları
Gəlir və Xərclər hesabatının tərtibi;
Dövriyyə Hesabatlarının tərtibi;
Fəaliyyətin analitik və statistik hesabatları;
Geri qaytarmalara nəzarət;
Kassa mədaxilinə nəzarət;
Aylıq maliyyə hesabatların hazırlanması;
Gündəlik və aylıq hesabatlarının tərtib edilməsi;
Uçot
Debitor və kreditor hesablaşmaların aparılması;
Mühasibat uçotunun aparılması;
Bölmələr üzrə material qalığı uçotu;
Mal hərəkətinin uçotu və inventarizasiya;
Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik :)
Əsas vəsaitlərin alınması,uçotu, istismara verilməsi, balansdan silinməsi;
Amortizasiya hesablanması;
İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
Dövlət orqanları üzrə
Vergilərin hesablanmsı;
Sosial ayırmaların nəzarəti;
Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
Müəssisənin balansının tərtibi;
Əmək haqqı uçotu
Əmək haqqlarının hesablanması;
Mükafatlar və əlavə hesablamaların aparılması;
Sosial vergilərin hesablanması;
Məzuniyyətlərin hesablanması;
Kassa və planlanma
Mədaxil və məxaric orderlərin hesablanması;
Aylıq xərclər smetasının planlaşdırılması və xərclərə nəzarət;
Kassa hesabatları aparılması;
Büdcənin tərtib olunması;
Bank
Xarici və daxili köçürmələr və konvertasiya əməliyyatların aparılması;
Əmək haqqı və vergi ödənişlərin hesablanması;
Maliyyə vəsaitlərinə nəzarət;
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Sınaq müddəti- 1 ay;
5 günlük iş rejimi;
Əmək haqqı: 1500-2000 AZN.
Mail: hr@ekoaqro.az
CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.