"Qartal Construction Company" işçi axtarır - MAAŞ 500-600 MANAT
Kadrlar üzrə mütəxəssis
Qartal Tikinti Firmasına Kadrlar üzrə mütəxəssis tələb olunur.
İşçiyə tələblər:
1. Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
2. Kadr İşləri üzrə mütəxəssis fəaliyətini Kadr Kargüzarlığı və İşə Qəbul prosesini, Əmək Məcəlləsinin, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
3. Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
4. Kadr məlumat bazasını, dəyişiklikləri nəzarə almaqla, daim yeniləyir;
5. Kadr uçotuna və kadr kargüzarlığına aid olan sənədləşməni (əmək kitabçalar, məzuniyyət uçotu, əmrlər, işləmə qabliyyəti olmama baradə (xəstəlik) vərəqələr, davamiyyət tabelləri) zamanında və keyfiyyətlə aparır;
6. “İşçilərin”şəxsi fayllarını yaradır və fəaliyyətləri ilə bağlı yenilikləri nəzarə almaqla zəruri dəyişiliklər edir;
7. Müddəti bitmiş sənədləri müəyyən qaydada arxivə təhvil verir;
8. Kadr axını və digər müəyyən olunmuş hesabatları verir;
9. Attestasiyaya dair sənədləşməni müəyyən olunmuş qaydada aparır;
10. Tələb olunan arayışları, əmək kitabçalarının sürətlərini və digər zəruri sənədləri düzgün doldurur və zamanında tələb olunan yerə çatdırır;
11. “İşçilərin”şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət edir;
12. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
İş şəraiti:
1. İlkin əmək haqqı olaraq 500-600 manat nəzərdə tutulur;
2. Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir.
Maraqlananların aşağıdakı email ünvanına CV-lərini göndərmələri tələb olunur:
E-mail: info@qartal.az Telefon: + 994 050 235 48 67
Xahiş edirik, CV-lərinizdə iddia etdiyiniz əmək haqqını göstərin.
Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Əlaqə telefonu: +994 (18) 64 8 20 54/55; +994(12) 447 93 87