Sənaye

SOCAR-a yeni təyinat olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinə müşavir təyin edilib.

ENA.az xəbər verir ki, bu, iqtisadi məsələlər üzrə vitse-prezident müşaviri Kamal Dadaşovdur.

K.Dadaşov Naoma Biznes Məktəbində maliyyə üzrə magistr dərəcəsinə yiyələnmiş, Emlyon Biznes məktəbində MBA təhsili almışdır. Bununla yanaşı o, Geneve Business School-da müəllim kimi çalışır.

Qeyd edək ki, hazırda SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)