ENA+

Ramzan Kadırov Pompeoya qarşı sanksiyalar tətbiq edib

Çeçenistanın başçısı Ramzan Kadırov ABŞ-ın dövlət katibi Mayk Pompeoya qarşı sanksiyalar tətbiq edib.

ENA.az bu barədə “Vest.ru”ya istinadən xəbər verir

“Mən cənab Pompeonu ziyarətə dəvət etdim. İndi isə hər kəsin qarşısında deyirəm ki, buna haqqım yoxdur”, – deyə Kadırov respublika hökumətinin üzvləri ilə görüşdə bildirib.

Prezident dəvətin ləğv olunduğunu və Pompeoya qarşı “bank hesablarının bloklanmasına qədər” bütün sanksiyaların tətbiq edildiyini elan edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Razmzan Kadırova qarşı sanksiyalar tətbiq edib.

Çeçenistan rəhbərinin sözlərinə görə, sankisiyaların tətbiqi Pompeonun beynəlxalq səviyyəfə nüfuzlu şəxs sayıldığı anlamına gəlir. “Əksinə, qürur duymalıyıq. Deməli, bizi tanıyırlar. Qlobal məsələlərdə adımız önəmlidir”, – Kadırov vurğulayır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)