MALİYYƏ

Bu il Ceyhan terminalından nəql edilən xam neftin həcmi açıqlandı

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 123,43 mln barel xam neft nəql edib.

Bu həcmdə xam neft 159 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,48 mlrd barel neft 4 540 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)