Sosial iqtisadiyyat

Karantin cəriməsini ödəməyən vətəndaşları BU CƏZALAR GÖZLƏYİR

“Çox təəssüflər olsun ki, bu fikirdə olan insanlar hələ də mövcuddur və düşünürlər ki, cərimə olunmaqlarına baxmayaraq, karantin rejimi ləğv ediləndən sonra cərimələrin bağışlanması prosesi gedə bilər”.

Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

O əlavə edib ki, belə bir güzəşt olmayacaq: “Cərimələrin ləğvi ilə bağlı qanunvericilikdə hər hansı hüquq norması mövcud deyil. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar olmadığına görə həmin cərimələrə nə güzəşt tətbiq olunur, nə də bir ay ödənilmədiyi təqdirdə üzərinə faiz gəlir.

Əgər yol hərəkəti qayda pozuntusuna görə cərimə 3 ay müddətində ödənilməzsə, həmin şəxsin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılır. Amma karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr 3 ay müddətinə ödənilməzsə, artıq həmin şəxslər ictimai işlərə cəlb ediləcəklər.

Deyək ki, aprel ayının əvvəlindən xüsusi karantin rejiminin pozulmasına görə məsuliyyətə cəlb edilibsə, may, iyun, iyul – 3 ay tamam oldusa, artıq məhkəmənin qərarı ilə həmin şəxslər haqqında məcburi ictimai işlərə cəlb edilmək haqqında qərar çıxarıla bilər. Onlar 160 saatdan- 240 saatadək həmin işlərə cəlb oluna bilərlər. Bu qərarın tələblərinin pozulmasına görə artıq onlar 3 ay müddətinə inzibati həbs oluna bilərlər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department