Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

Sürücüsüz kommersiya avtomobili hazırlanacaq

Sürücüsüz kommersiya avtomobili hazırlanacaq

“Fiat Chrysler Automobiles” (FCA) ilə “Waymo” şirkəti arasında sürücüsüz kommersiya avtomobili hazırlamaq barədə eksklüziv saziş imzalanıb.

ENA.az xəbər verir ki, sazişə əsasən, FCA-nın istehsal etdiyi “Ram ProMaster” kommersiya yük vanlarında “Waymo Driver” sürücüsüz hərəkət sisteminin tətbiqi nəzərdə tutulur.

FCA ilə “Waymo” arasındakı əməkdaşlıq 2016-cı ildən davam etdirilir. Hərçənd “Alphabet”in törəmə şirkəti olub sürücüsüz avtomobil texnologiyaları şirkəti olan “Waymo”nun “Volvo”, “Nissan”, “Renault”, “Jaguar” kimi avtomobil istehsalçıları ilə də əməkdaşlıq edir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə