Milyonluq tenderləri udan 10 manatlıq “DG Telekom” ləğv edildiyini elan etdi
Azərbaycanda daha bir şirkət ləğv edildi.
ENA.az xəbər verir ki, “DG Telekom” Məhdud Məsuliyyətli Cəmiyyət ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1033 Bakı şəhəri şəhəri, Nərimanov rayonu rayonu, Heydər Əliyev prospekti, ev 74, mənzil 9 ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, “DG Telekom”un 10 manat kapitalı var. Bu MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Elmar Şahmuradov Ənvər oğludur.
Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) dövlət qurumu “DG Telecom” şirkəti ilə 14 milyon manatlıq müqavilə imzalayıb. “Baktelecom” Bakı və Bakıətrfaı ərazilərdə 130 000 abunəçi şəbəkəsinin qurulması və 80 000 mənzilin GPON texnologiyasının tətbiqi ilə telefonlaşdırılması üçün adı çəkilən quruma 14 milyon manat vəsait ödəyib. Bu məqsədlə tender keçirilib və “DG Telecom” tenderi udub.