Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki vəziyyəti müzakirə etdi
![](https://ena.az/uploads/news/2020-07/_ena_6cf6c8943af82420a78e37b75_o.jpg)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu və Ermənistan səfiri Vardan Toqanyanla Azərbaycan-Ermənisan sərhədində baş verən gərginliyi müzakirə edib.
ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
“Cənubi Qafqazda təhlükəsizliyin təminatı, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin stabilləşməsi məsələləri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müşahidəsi altında Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda cəhdlərin aktivləşməsi perspektivləri müzakirə olunub”, - məlumatda bildirilib.