“Bakı Metropoliteni”nin Hərəkət Xidmətinə yeni rəis təyin edilib
“Bakı Metropoliteni” QSC-nin Hərəkət Xidmətinə yeni rəis təyin olunub.
Qurumun baş müfəttişi Elxan Məmmədov bu vəzifəyə gətirilib.
E.Məmmədovun yerinə isə qurumun Hərəkət Qatarlarının İstismarı Departamentinin baş mühəndisi Ruslan Seyidov təyin olunub.
“Bakı Metropoliteni”ndə baş verən kadr dəyişikliikləri “Report”a QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib.
Xatırladaq ki, bu il iyunun 17-də “Bakı Metropoliteni”nin Hərəkət Xidmətinin keçmiş rəisi Etibar İsayev ürəktutmasından dünyasını dəyişib.