Sosial iqtisadiyyat

Mədəniyyət nazirinin iki birinci müavini olacaq - FƏRMAN

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib.

ENA.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. 

Əsasnamənin 5.4-cü bəndinə görə, mədəniyyət nazirinin birinci müavini və iki müavini vardır.

Fərmanla edilən dəyişikliyə əsasən isə mədəniyyət nazirinin iki birinci müavini olacaq.

Əsasnamənin 5.8-ci maddəsinə əsasən nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını birinci müavininə və ya müavinlərindən birinə həvalə edə bilər.

Dəyişikliyə əsasən isə bundan sonra nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını birinci müavinlərinə və ya müavinlərindən birinə həvalə edə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department