İpoteka və Kredit Zəmanət Fondu 2 investisiya şirkətinə 50 min manat ödəyəcək
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi (1), eləcə də qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi (2) üzrə elan etdiyi 2 açıq tenderə yekun vurub.
ENA.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "BTB Kapital İnvestisiya Şirkəti" ASC və “İnvest-Az İnvestisiya Şirkəti" QSC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 10 min manat və 40 min manat, ümumilikdə 50 min manat ödəniləcək.