Döyüşlər başlayandan bəri, Azərbaycana dəstəyini rəsmi şəkildə - AÇIQLAYAN ÖLKƏLƏR

Bildiyimiz kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, bir neçə ölkə artıq Azərbaycana dəstəyini rəsmi şəkildə bildirib.
Döyüşlər başlayandan bəri, Azərbaycana dəstəyini rəsmi şəkildə açıqlayan ölkələr bunlardır:
Türkiyə,
Pakistan,
Ukrayna,
Moldova,
İsrail