ENA+

Kassirin səhvi pensiyaçını milyonçu etdi

Kanadalı pensiyaçı Maykl Batt kassir qadının səhvi sayəsində milyonçu olub.

ENA.az CTV News telekanalına istinadla xəbər verir ki, 82 yaşlı Kombermer sakini “Lotto 6/49” lotereya bileti almaq istəyib, lakin kassir səhvən ona “Lotto Max” bileti verib. Nəticədə pensiyaçı 1 milyon Kanada dolları həcmində uduşun sahibi olub. O, uduşu sənədləşdirərkən kassirə bəxşiş verdiyini deyib.

“Əgər kassir səhvə yol verməsəydi, milyonu qazana bilməyəcəkdim”, - deyə pensiyaçı etiraf edib.

Eyni zamanda, məlum olub ki, Maykl Battın qardaşı da 1980-ci illərin sonlarında lotereyada 3,5 milyon Kanada dolları udubmuş.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)