Tenderlər

Mənzil Kommunal İdarəsi 28 milyonluq geyim alır

Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi xüsusi geyim formasının satın alınması üçün 28 milyon 475 min 760 AZN xərcləyəcək. Bu barədə tenderin nəticəsində elan edilib. 

ENA.az xəbər verir ki, eyni zamanda abadlıq-quruculuq işlərininin aparılması üçün təsərrüftat mallarının satın alnıması məqsədi daşıyan tenderlər də açıqlanıb. 2 açıq tenderə yekun vurub. Tenderlərin qalibi müvafiq olaraq "Ərdagı” və "LK Machinery" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 3,175 milyon manat və 28,476 milyon manat ödəniləcək. Ümumumilikdə iki tenderin xərc maddəsi 31 milyon 651 min manat təşkil edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)