İnşaat və əmlak

Neft Fondu xaricdə 50 milyon dollara daha bir əmlak alacaq

ENA.az xəbər verir ki, Dövlət Neft Fondu (ARDNF), Los-Ancelesdəki kommersiya xarakterli mülkiyyətə 50 milyon dollar sərmayə qoyacaq.

"ARDNF və Gaw Us Fund III birlikdə Los-Ancelesdəki kommersiya obyektinə birgə investisiya qoymağa razılaşıblar. Dövlət Neft Fondunun müştərək investisiya qoyuluşlarına yönəldilən kapital qoyuluşu 50 milyon dollar təşkil edir".

Bununla bağlı Fondun audit hesabatında deyilir: "Fond 2019-cu ildə “Gaw Capital US Fund III” (H&H Retail) ilə Los-Ancelsdə riteyl aktivə birgə investisiya yatırılmasına dair razılaşma əldə etmişdir. Fondun bu birgə investisiyadakı payı 50,000 min ABŞ dolları təşkil edir. 31 dekabr 2019-cu il tarixinə Fondun bu birgə investisiyadakı payının ədalətli dəyəri 85,000 min AZN (2018: sıfır) təşkil etmişdir.

Bununla yanaşı, investisiya şərtləri açıqlanmır. 

Xəbər verildiyi kimi, 31 dekabr 2019-cu il tarixinə ARDNF-in xaricdə daşınmaz əmlak üçün ümumi sərmayəsi 2 milyard 708 milyon 719.917 min dollar səviyyəsində qiymətləndirilir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)