Qubaya istirahətə gedənlər cəzalandırıldılar
Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisinə istirahət məqsədi ilə gələn sürücülərə qarşı reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Polis inspektorları tərəfindən sürücülər saxlanılaraq sənədləri planşetlərlə yoxlanılıb. Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edənlər, həmçinin heç bir icazəsi olmayanlara da rast gəlinib.
Reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan Bakı şəhəri, eləcə də digər rayonlardan qaydaları pozaraq şəxsi nəqliyyat vasitələri ilə istirahətə gələn sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər Quba RPŞ-nin DYP bölməsinin əməkdaşları tərəfindən qarşıdakı günlərdə də davam etdiriləcək.