"Azersun Holding" mənfəətini artırıb - HESABATINI AÇIQLADI
"Azersun Holding" şirkətlər qrupu 2019-cu ildə xalis mənfəətini 2,4% - 52 milyon 971,677 min manatadək artırıb.
“Azersun Holding”in ötən ilə dair maliyyə hesabatına əsasən, şirkətin gəlirləri 1 milyard 3 milyon 657,957 min manat (2018-ci illə müqayisədə artım 37,5%), satış və xidmətlərin maya dəyəri 762 milyon 796,456 min manat (artım 18,1%) təşkil edib.
2019-cu ildə holdinqin vergi ödənilənədək mənfəəti 71 milyon 505,991 min manat (artım 2,2 dəfə), mənfəət vergisi üzrə ödənişləri 19 milyon 575,462 min manat məbləğində olub.
Hesabat ilində “Azersun Holding” aktivlərini 0,5% - 708 milyon 794,311 min manatadək, öhdəliklərini 19,6% - 342 milyon 332,939 min manatadək artırıb.
Holdinqin məcmu kapitalı 366 milyon 461,372 min manat (artım 31,2%), nizamnamə kapitalı 127 milyon 626,667 min manat (artım 41,8%) təşkil edib.
“Azersun Holding” çoxprofilli şirkətdir. Onun tərkibinə kənd təsərrüfatı müəssisələri, ərzaq malları, kağız və qablaşdırma məhsulları istehsal edən zavodlar, ticarət şirkətləri daxildir.