Sosial iqtisadiyyat

Krizis dövründə ən çox tələb olunan peşələr - TOP-5

Pandemiyanın nəticəsində yaranan iqtisadi krizis bəzi iş yerlərində ixtisarlara yol açıb. ENA.az xəbər verir ki, iqtisadçılar xüsusən də ilin ikinci yarsında bu ixtisarların qaçılmaz olduğunu söyləyirlər.

İqtisadi konyuktur cəhətdən Azərbaycanla çox oxşarlıq olan Rusiyada şirkətlərin 70%-i ixtosara getməyə məcbur olduqlarını açıqlayıblar.

Rusiyanın "Kontakt InterSearch Russia" şirkəti 19 sahəni təmsil edən 510 şirkət arasında sorğu keçirib. Rəyi soruşulanların 70%-ni krizis dövründə işçiləri ixtisar etdiklərini bildiriblər. Əsas ixtisarlar isə inzibati funksiyaları idarə edənlərə şamil edilib. İşdən azad edilənlərin 36%-i maliyyə və mühasiblərin, 25%-i marketinq və reklam, 44%-i isə məsləhətçi və idarəetmə funksiyalarının payına düşüb. 
 

Hər 3 nəfər inanır ki, tezliklə HR siyasətini həyata keçirən kadrlar yoxa çıxacaq. Avtomatlaşdırma bu sürətlə davam edərsə, mühasib peşəsi də lazımsız olacaq. 

Ağır iqtisadi vəziyyətə baxmayaraq şirkətlər işçi heyətini formalaşdırmaqda davam edirlər. Vakansiyalar daha çox onlayn şəbəkələşməni bilən və onlayn satış menecerləri ilə bağlıdır (31%). Həmçinin İT həllər üzrə mütəxəssislər də ən çox axtarılan peşələrdəndir (29%).  

Populyarlığına görə üçüncü sırada isə layihələndirmə və inşaat dayanır (20%). İstehsalat üzrə mühəndislərə tələbat gündəmdən düşmür (18%). İlk büşlikdə yer alan peşələrdən biri də biznesin inkişafı üzrə mütəxəssislərə olan tələbatdır (14%).


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)