Vakansiyalar

Direktor köməkçisi axtarılır - İŞ ELANI

ŞİRKƏT: AZ Aqro Taxıl MMC

VAKANSİYA: Direktor köməkçisi

Vəzifə və öhdəliklər:

• Şirkətdaxili sənədlərin hazırlanması və qeydiyyatı.
• Şirkətə gələn zənglərin cavablandırılması və yönləndirilməsi.
• Əmr, məktub, akt və sair sənədlərin tərtibi.
• Direktorun görüş cədvəllərini hazırlamaq və görüşləri təşkil etmək.
• Şirkətin direktorunun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını, o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, ıştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.
• Keçirilən müşavirələrin protokollaşdırılması.

Tələblər:

• Ali təhsil.
• Müvafiq sahədə ən azı 2 il təcrübə.
• Cinsi - qadın (25-35 yaş)
• Dil bilikləri: Azərbaycan dili - doğma, İngilis dili – yaxşı, Rus dili - yaxşı.
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.

Şəxsi keyfiyyətləri:

• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Ünsiyyət, rabitə və komandada işləmək bacarığı.

İş şərtləri:

• ARƏM əsasən rəsmiləşdirmə.
• Rəsmi, stabil ödənilən əmək haqqı.
• İcbari siğorta.
• 1-ci 5-ci günlər 09-00-dan 18-00-a qədər. Şənbə günü 09-00-dan 15-00-a qədər. İstirahət günü bazar günüdür.
• Korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini arzu.kerimova.m@gmail.com elektron ünvanına göndərə bilərlər ( məktubun mövzu bölməsində Direktor köməkçisi vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmıyacaqdır).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department