Yaxın onillikdə ən çox bu kibertəhlükələr yayılacaq
Yaxın onillikdə ən çox yayılacaq kibertəhlükələr maliyyə cinayətkarlığı, casusluq və kiberterrorçuluq olacaq.
Bu barədə “RİA Novosti”yə “Group-IB” şirkətinin baş direktoru İlya Saçkov danışıb.Ad - 00:16
İ.Saçkovun sözlərinə görə, bunlar arasında əhalinin ən çox rast gələ biləcəyi təhlükə maliyyə cinayətkarlığı olacaq, lakin insanlar bu təhdidə qarşı müdafiə strategiyası hazırlaya biləcəklər.
Ekspert vurğulayıb ki, “kibercinayətkarlıq bazarı” tez-tez dəyişir, proqnozları isə sadəcə 1-2 il müddətinə vermək mümkün olur.