MALİYYƏ

Yeni avro əskinasları buraxılır

Avropa Mərkəzi Bankı (AMB) üzərində hazırkı sədr Kristin Laqardın imzası olan yenilənmiş avro əsginaslarının dövriyyəyə buraxılacağını elan edib.

RBK-ya istinadən xəbər verilir ki, bu barədə AMB “Twitter” səhifəsində məlumat yayıb.Ad - 00:13

“Yeni imzalı əsginaslardan ilk olaraq 5 və 10 avro dəyərindəki banknotlar dövriyyəyə buraxılacaq. Bu, gələn həftə reallaşacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, K.Laqard 2019-cu il noyabrın 1-dən AMB rəhbəri vəzifəsini icra edir. Amma buna qədər dövriyyədə yalnız onun üç sələfinin – Vim Duyzenberq (1998-2003-cü illərdə AMB-yə rəhbərlik edib), Jan-Klod Trişe (2003-2011) və Mario Draqinin (2011-2019) imzaları olan banknotlar olub.

AMB-dən bildiriblər ki, tənzimləyicinin keçmiş rəhbərlərinin imzaları olan əsginaslar yeniləri buraxıldıqdan sonra da qanuni ödəniş vasitəsi olaraq qalacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)