İnşaat və əmlak

ARDNF-in daşınmaz əmlak portfelinin bazar dəyəri artıb

2019-cu ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlak portfelinin bazar dəyəri 2,709 mlrd ABŞ dolları təşkil edib.

ENA.az xəbər verir ki, bu barədə ARDNF-nin 2019-cu il büdcəsinin icrası barədə illik hesabata Hesablama Palatasının rəyində bildirilib.

Fondun daşınmaz əmlak portfelinin bazar dəyəri ötən il 2018-ci ildən 26% çox olub.

2019-cu ildə daşınmaz əmlak altportfelinə xalis investisiyaların həcmi 406,6 mln. ABŞ dolları təşkil edib.

Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyalarının ümumi miqdarı 2,5 mlrd ABŞ dolları olub.

Bildirilib ki, daşınmaz əmlak üzrə gəlirlilik səviyyəsinin ötən ilə nisbətən aşağı olmasını, habelə daşınmaz əmlakları idarə edən törəmə müəssisələr üzrə nəzarət mexanizminin daha da təkmilləşdirilməsini və bir sıra potensial risk parametrlərini də nəzərə alaraq, Fond tərəfindən daşınmaz əmlaka investisiyaların idarə edilməsinin müvafiq istiqamətlər üzrə daha da optimallaşdırılmasını şərtləndirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)