Valyuta hərraclarında dolların satışı artıb
![](https://ena.az/uploads/news/2020-07/_ena_3f0c8288a894b029ed62ffb59_o.jpg)
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 4 mlrd 10,2 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
ENA.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,7% çoxdur.
Təkcə iyun ayında isə ARDNF-in valyuta satışının məbləği 373,2 milyon ABŞ dollarıtəşkil edib. Bu isə ötən ilin iyun ayına nisbətən 18% çoxdur.
Qeyd edək ki, 2019-cu ilin altı ayı ərzində Fond tərəfindən 2 mlrd 643,6 mln ABŞ dolları məbləğində satış həyata keçirilib.