Vakansiyalar

Atmospehere Lounge&Restaurant işçi axtarır - MAAŞ 800-1000 MANAT

Şirkət: Atmospehere Lounge&Restaurant
Sektorlar: Restoran, Təhsil, Poligrafiya, Oyun zalları.
Vəzifənin adı : Rəqəmsal Marketinq Mütəxəssisi (Digital Marketing Specialist)

Namizədə dair tələblər:

- Ali təhsil
- Sosial şəbəkələrdə maksimal "interaction" əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti
- Google Adwords, Facebook Ads Manager, Google Analytics istifadə bacarığı
- Kopirayter və sosial media işi ilə bağlı müasir texnologiyalara bələdlik; yeni trendlərdən xəbərdar olmaq;
- Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları;
- İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı;
- İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvür;
- Reklam, psixologiya, filologiya və humanitar elmlər sahəsində geniş dünya görüşün olması vacibdir;
- Vicdanlı, enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
- Komandada işləmə bacarığı;
- Restoran, café sahəsində digital marketing ve SMM təcrübəsi olanlara üstünlük verilir
- Yaş: 23-35;

Əsas vəzifə və öhdəliklər:

- Mediaplanların tərtibi, mediabayinq prosesində iştirak, kommersiya təkliflərin hazırlanması;
- Şirkətə aid olan tədbirlərdə iştirak, prezentasiyaların tərtibi və təqdimatı
- Azərbaycan və regional bazarların araşdırılması, trendlərin müəyyənləşdirilməsi;
- Şirkətin sosial şəbəkələrdəki səhifələri üçün (facebook, instagram və s.) kontentlərin hazırlanması;
- İctimai tədbirlərin, PR aksiyaların təşkil olunmasında köməklik göstərmək
- Hər bir kompaniya üzrə sosial media analizi aparmaq, analizin nəticələrini təhlil edərək rəhbərinə hesabat şəklində təhvil vermək;
- Şirkətin marketinq layihələri üzrə işlərin görülməsi;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışların edilməsi və korporativ müştərilərin cəlb edilməsi;
- Markanın marketinq fəaliyyətinin həyata keçirilməsini izləmək və monitorinq edilməsi;
- Müştəri risklərini nəzarətdə saxlamaq üçün lazımi tədbirləri görmək və rəhbərliyə zamanında mövzu ilə əlaqədar məlumat vermək;
- Maliyyə hesabatlarının hazırlanması;
- Internet resurslardan gələn sorğuların operativ və düzgün şəkildə cavablandırılması;
- Canlı yayımların təşkil olunması
- Press reliz-lərin hazırlanması, saytların kontentinin yenilənməsi;
- Rəhbərin tapşırıqlarını yerinə yetirmək

İş qrafiki : 6 gün
İş yeri : Bakı şəhəri, Elmlər Akademiyası metrostansiyası, Z.Xəlilov 25b.
Əmək Haqqı : 800-1000 AZN (Əmək haqqı namizədin iş təcrübəsinə əsasən göstərilən aralıqda təyin olunacaq, əlavə olaraq satış performansına görə bonuslar hesablanacaq);

Müraciət etmək istəyən namizədlərdən CV-i (şəkil olmaq şərtdir) - hr@atmosphere.az emailinə göndərməyiniz xahiş olunur.

İş elnalarından daha tez xəbər tutmaq üçün aşağıda   FACEBOOK  səhifəmizi BƏYƏNİN! 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department