“Ziraat Bank Azərbaycan” rəhbərliyinə daha bir təyinat olub
Azərbaycanda fəaliyyət göstərən Türkiyə törəmə bankı “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə daha bir təyinat olub.
ENA.az-ın xəbərinə görə, bankın İdarə Heyətinə iyun ayından etibarən üzv seçilən 41 yaşlı Vüqar Əlipaşayev-dir. O, buna qədər bankda Müştəri xidmətləri departamentinin direktoru vəzifəsində çalışıb.
Eləcə də bax: “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub
V.Əlipaşayev, “Ziraat Bank Azərbaycan”a 2016-cı ilin martında departament direktoru (yuxarıda qeyd edilən) kimi gəlib.
V.Əlipaşayev 2006-cı ildən başlayaraq ölkənin “bank məktəbi” kimi tanınan “AccessBank” QSC-də 9 il çalışmış, onun son 2 ilini Korporativ xidmətlər departamentinin direktoru (2014-cü ilin sonuna qədər) vəzifəsində çalışıb. Sonradan, 2015-2016-cı illərdə “PAŞA Bank” ASC-də SME bankçılıq departamentinə rəhbər gedib.
Bu təyinatdan sonra bankın sədri ilə yanaşı 3 üzv ilə İdarə Heyəti təşkil olunacaq.