Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub

“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub

100% Türkiyə kapitallı “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə yeni təyinat olub.

ENA.az Banker.az-a istinadən xəbər verir ki,, İdarə Heyətinə yeni üzv seçilmiş şəxs Rövşən İbrahimovdur.

R.İbrahimov Bank səhmdarlarının qərarı ilə 2020-ci ilin iyunundan etibarən bu vəzifəyə yüksəlib. O 2019-cu ilin mayından “Ziraat Bank Az.”da Əməliyyat departamentinin direktoru, ona qədər isə (2015-ci ildən) Kreditin ayrılması və monitorinqi departamentinin direktoru olub.

O, “Ziraat Bank Az.”na 2017-ci ilin sonu lisenziyası ləğv edilən “Dəmir Bank” ASC-dən gəlib.

Bu təyinatdan sonra “Ziraat Bank Az.”da sədrlə yanaşı iki üzv olacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə